Sədi Şirazi Şərq ədəbiyyatının ən görkəmli nümayəndələ-ri olan Nizami, Füzuli, Firdovsi, Xəyyam və Hafiz kimi əsərləri dünya mədəniyyəti xəzinəsinə daxil olan şairlər-dəndir. Qədim mənbələrin dediyinə görə Sədi yüz ildən artıq yaşayaraq ölməz iki əsər və çoxlu qəzəllər, qitə və rübailər yazıb yaradıb. O, 1291-ci miladi ilində vəfat edib. Kitaba onun iki ən məşhur əsəri – «Gülüstan» və «Bustan» əsərləri salınıb. Faydalı nəsihətlər, zərbi-məsəllər, incə duyğularla zəngin olan bu əsərlər Yaxın və Orta Şərq xalqları arasında xüsusi şöhrətə malikdir. Hər iki əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilib. «Gülüstan»ın bir çox şeirləri sonralar zərbi-məsəl kimi dillər əzbəri olub. Tarixdə hələ heç bir kitab bu qədər zərbi-məsələ çevrilməmişdir.
Категория: зарубежная поэзия
ISBN: 978-9952-8125-4-1
Правообладатель: JekaPrint
Год: 2022
Легальная стоимость: 103 руб.
Ограничение по возрасту: 16+
Комментарии ():