Bu kitabı yaşlı adama həsr etdiyim üçün uşaqlardan məni bağışlamalarını xahiş edirəm. Özümə haqq qazandırmaq üçün deməliyəm: bu yaşlı adam mənim ən yaxşı dostumdur. Bundan əlavə, o, dünyada hər şeyi başa düşür, hətta uşaq kitablarını da. Bir də o, Fransada yaşayır, orada isə bu saat aclıqdır, soyuqdur. Onun təsəlliyə çox-çox ehtiyacı var. Əgər bunların hamısı mənə bəraət qazandırmırsa, onda bu kitabı həmin uşağa həsr edirəm ki, o indi mənim yaşlı dostumdur. Axı bütün yaşlılar əvvəlcə uşaq olublar, amma bunu xatırlayanlar çox azdır. Deməli, ithafımı düzəldirəm... Uşaq vaxtlarındakı Leon Vertə
Категория: зарубежные детские книги
ISBN: 9789952361674
Правообладатель: Qanun
Год: 2022
Легальная стоимость: 84.63 руб.
Ограничение по возрасту: 0+
Комментарии ():