Bu kitabı yaşlı adama həsr etdiyim üçün uşaqlardan məni bağışlamalarını xahiş edirəm. Haqq qazanmaq üçün deməliyəm: bu yaşlı, adam mənim ən yaxşı dostumdur. Bundan əlavə: o, dünyada hər şeyi başa düşür, hətta uşaq kitablarını da. Bir də o, Fransada yaşayır, orada isə bu saat aclıqdır, soyuqdur. Onun təsəlliyə çox-çox ehtiyacı var. Əgər bunların hamısı mənə bəraət qazandırmırsa, onda bu kitabı həmin uşağa həsr edirəm ki, o indi mənim yaşlı dostumdur. Axı bütün yaşlılar əvvəlcə uşaq olmuşlar, amma bunu xatırlayanlar çox azdır. Deməli, ithafımı düzəldirəm: Uşaq vaxtlarındakı Leon Vertə
Категория: зарубежные детские книги
ISBN: 9789952264081
Правообладатель: Qanun
Год: 2022
Легальная стоимость: 70.53 руб.
Ограничение по возрасту: 0+
Комментарии ():