Kitab oxucuları ümumbəşəri mədəniyyətin çox vacib elementi, bir növ dünya mədəniyyətinin sonrakı inkişafının əsasını qoymuş qədim yunan mifologiyası ilə tanış edir. Heç kəsə sirr deyil ki, dünya ədəbiyyatının, mədəniyyətinin bütün inkişaf mərhələlərində mifologiya, mifoloji motivlər və süjetlər aparıcı mövqelərdə olub. Biz antik mifologiya ilə də məhz qədim ədəbiyyat nümunələri əsasında tanış olmuşuq. Hind mifləri – “Vedaların və “Mahabharatanın, german mifləri – “Eddaların, fin mifləri – “Kalevalanın, bizim miflər “Dədə Qorqudun və başqa oğuznamələrin mayasına hoparaq günümüzə qədər gəlib çıxmışlar və bizi təəccübləndirməkdə davam edirlər.
Категория: всемирная история
ISBN: 9789952380392
Правообладатель: Qanun
Год: 2023
Легальная стоимость: 323.13 руб.
Ограничение по возрасту: 0+
Комментарии ():