"Corc Oruellin “1984 romanı klassik antiutopiya sayılır. Sənətkarın şah əsəri sayılan “1984 ilk nəşrindən bu yana bütün dövrlərin ən oxunaqlı romanlarından sayılıb, ən məşhur siyahılarda ilk pillələrdə yer alıb. “1984 diktatura rejiminin bütün siyasi kələklərini insanı vahiməyə salan çılpaqlığı ilə göstərir. Onun az qala hər abzasında sənətkarın iti müşahidələrindən, dərin zəkasından xəbər verən aforizmlər, bənzətmələr var. Bu əsər bizə deyir ki, bəli, elementar bəşəri prinsiplərin pozulduğu cəmiyyətlərdə hər cür absurdizm mümkündür, orada iki üstəgəl iki beş edər, orada qatıq qara ola bilər. Sağlam məntiqə, insani dəyərlərə köklənməyən heç bir cəmiyyət, heç bir dövlət, heç bir millət “1984də təsvir edilən şüur deformasiyasından, Böyük Qardaş avtoritarizmindən sığortalanmayıb."
Категория: классическая проза
ISBN: 9789952547528
Правообладатель: Автор
Год: 2024
Легальная стоимость: 496.11 руб.
Ограничение по возрасту: 0+
Комментарии ():