"Dostoyevskinin “Bəyaz gecələri sadədil bir insanın nakam məhəbbətindən bəhs edir. İnsan təkdir, gücsüzdür, lakin sevgi onu bircə anda elə dəyişə bilər ki, gəl görəsən... “Bəyaz gecələr sevginin gücü, sonsuzluğu, umacaqsızlığı barədə yazılmış ən yaxşı melodramdır – su kimi axıcı, üzücü və romantikdir. Ruhunuzun ən gizlin yerlərində qoruyub saxladığınız süxurları titrədə biləcək və gözlərinizi yaşardacaq bir simfoniyadır. Öz şəhərinizin, kəndinizin, küçənizin sehrli gecələri yadınızdamı? Gecələri ülvi, saf duyğularınızın çulğalaşmasından sonra yaşadığınız peşmançılıq, uğursuzluğun acı təəssüratları, gündüzləri sizi üzdümü? Bundan sonra toparlanacağınıza, daha güclü, daha yaxşı olacağınıza söz verdinizmi? “Bəyaz gecələrin qəhrəmanı bax beləcə həssas, qəribə və romantikdir, lakin nakam sevgi onu daha da gücləndirə, yeni həyata sövq edə bilir. Bu qəhrəman məcnunsayağı ölməyi yox, yaşamağı, yaratmağı, lakin heç vaxt unutmamağı seçir."
Категория: классическая проза
ISBN: 9789952547696
Правообладатель: Автор
Год: 2024
Легальная стоимость: 203.67 руб.
Ограничение по возрасту: 0+
Комментарии ():