Özündən əvvəlki teatr məktəbi ənənələrinə yeni nəfəs gətirən, milli teatrımızı gənclik ruhuna kökləyən, yüzlərlə aktyorun yetişməyində xüsusi rol oynayan ölməz dramaturq Cəfər Cabbarlı həm də incə qəlbli lirik şair, dövrün çirkinliklərini tənqid atəşinə tutan istedadlı satirik, ruh oxşayan hekayələr müəllifi kimi sevilən nasir, milli kinomuzun yaradıcılarından biri kimi xatırlanan və sevilən kino xadimidir. 35 illik həyatını yorulmadan ədəbiyyata, sənətə həsr edən ölməz ədibin əsərləri bu gün də maraqla qarşılanır, əhəmiyyətini itirmir, teatrlarımız dramaturqun pyeslərini yenə repertuarlarına daxil edir. C.Cabbarlının onlarla şeirinə musiqi bəstələnib, əsərlərinin motivləri əsasında “Sevil və “Almas bədii filmləri lentə alınıb.
Категория: стихи и поэзия
ISBN: 2001269784630
Правообладатель: Qanun
Год: 2022
Легальная стоимость: 56.42 руб.
Ограничение по возрасту: 16+
Комментарии ():