Romanın qəhrəmanı, Rikin oğlu, Tomun atası, İngiltərə Təhlükəsizlik xidmətinin uğurlu məmuru Maqnus Piyem kimdir? Onun təhsilinə kimlər xüsusi nəzarət edirdi? O, kimin adamıdır? Maqnusun qəfildən yoxa çıxmağı təkcə onun dostlarını və həyat yoldaşını nigarançılığa salmamışdı, düşmənləri də xeyli narahat idi. Dövlət sirri təhlükə altındadır. Piyem haqqında həqiqətlər tədricən ortaya çıxır. Oxucu roman boyu məşəqqətli mübarizənin nəticəsində Maqnus Piyemin mükəmməl bir xəfiyyəyə necə çevrildiyinin şahidi olur. John Le Carre romanları klassik xəfiyyə janrının ən dəyərli nümunələrindən biridir. Onun məharətlə yazılmış romanları dünyada böyük oxucu kütləsi qazanmasına səbəb olmuşdur. John le Carreyə ən böyük uğur gətirən əsər “Sonuncu Xəfiyyə romanıdır. John Le Carre 1931-ci ildə anadan olmuşdur. O, Bern və Oksford Universitetlərində təhsilini başa vurduqdan sonra “Britaniyanın Xarici Xidmət şöbəsində beş il işləmişdir. Bu müddət ərzində John Le Carre üç roman yazmışdı: “Ölülərə çağırış, “Yüksək səviyyəli qətl və “Soyuqdan gəlmiş casus. Bu romanlar onu XX əsrin böyük və çoxsatan yazıçısı kimi məşhurlaşdırmışdı. Üç romanın hər biriylə yanaşı “The Looking Glass War romanında və “Karla trilogiyası olan “Thinker Toiler Soldier Spy, “The Honourable Schoolboy, “Smiley`s People əsərlərində baş qəhrəmanı olan Georg Smileyin xarakteri işlənmişdir. John Le Carre ən son əsərlərinə “Constant Gardener, “A Most Wanted Man və nəhayət, 2010-cu ildə nəşr edilən “Our Kind of Traitor daxildir.
Категория: классические детективы
ISBN: 9789952269055
Правообладатель: Qanun
Год: 2023
Легальная стоимость: 281.67 руб.
Ограничение по возрасту: 16+
Комментарии ():