Səfillər

3.9 из 5, отдано 12 голосов

Yalnız fransız ədəbiyyatının deyil, dünya ədəbiyyatının da ən görkəmli simalarından sayılan Viktor Hüqo özünün parlaq istedadının məhsulu olan əsərləri ilə bəşər bədii fikri tarixini zənginləşdirmişdir. XIX əsrin bu korifey sənətkarının yaradıcılığı ümumbəşər mənəvi sərvətləri xəzinəsində özünəməxsus yer tutur. Hüqo dühası, Hüqo irsi yer üzünün bütün xalqları üçün doğma və əzizdir. Hüqonun tükənməz yaradıcılıq aləmində “Səfıllər romanının xüsusi çəkisi var. Dahi rus yazıçısı Lev Tolstoyun “fransız ədəbiyyatının ən yaxşı romanı adlandırdığı bu ölməz əsər, demək olar, bütün dünya dillərinə tərcümə olunaraq müəllifinə əbədi şöhrət qazandırmışdır. Hamı üçün yazılmış “Səfillər bu gün də qapıları döyür: “Açın, biz sizə gəlmişik deyir. Ölməz ədibin sahilsiz kədərinin ayrılmaz parçası olan bu şah əsəri hər bir insana mənəvi cəhətdən zənginlik qazandıracaq qüdrətə sahib romandır. Əgər “Səfıllər olmasaydı, dünya ədəbiyyatı həqiqətən də bir xeyli yoxsul görünərdi.

Категория: зарубежная классика

ISBN: 9789952264661

Правообладатель: Qanun

Год: 2022

Легальная стоимость: 217.13 руб.

Ограничение по возрасту: 16+

Читать книгу «Səfillər» онлайн:

Комментарии ():