Paris Notr-Dam kilsəsi

3.1 из 5, отдано 18 голосов

Dünya ədəbiyyatının ən məşhur əsərlərindən olan “Paris-Notr-Dam kilsəsiromanında çoxdan unudulmuş dövrün tarixi təsviri ilə yanaşı sadə insanın günlük yaşamı və dəyərləri də canlandırılaraq kütləvi tarixi şüur, dünya və insan haqqındakı təsəvvürlərin spesifikası, insanların inam və ümidləri əks olunur. Əsərdə insanın azadfikirliyi və mənəvi müstəqilliyi konsepsiyası Fransadakı cari hadisələrlə əlaqələndirilir. Orta əsrlərin sonlarından bəhs edən romanında Viktor Hüqo gələcəyin keçmişin varisi olduğunu göstərməyə çalışır. Əsərdə dini inamın zəifləməsi, yüzillər boyu toxunulmaz olan ehkamlara qarşı şübhə, yeni təlimlərin bolluğu cəmiyyətin öz inkişafının son hədəfinə – demokratiyaya yaxınlaşmasına sübut kimi göstərilir. Yazıçı təsvir etdiyi dövrün əlamətlərini romanın əsas qəhrəmanlarının – Esmeraldanın, Kvazimodonun və Klod Frollonun xarakterlərində və talelərində təcəssüm etdirmişdir.

Категория: зарубежная классика

ISBN: 9789952361919

Правообладатель: Qanun

Год: 2022

Легальная стоимость: 160.71 руб.

Ограничение по возрасту: 16+

Читать книгу «Paris Notr-Dam kilsəsi» онлайн:

Комментарии ():