«Amerika faciəsi» görkəmli Amerika yazıçısı Teodor Drayzerin (1871-1945) ən məşhur əsəridir. Romanda kəskin sosial problemlərə toxunulmuşdur; inandırıcı şəkildə sübut edilir ki, yalançı burjua rifahının arxasında saysız-hesabsız məzlumların dərd və ümidsizliyi gizlənir. «Amerika faciəsi» T.Drayzerin dünya ədəbiyyatının qızıl fonduna daxil olan əsəridir və bu romanın ssenarisi əsasında dəfələrlə kino və televiziya filmləri çəkilmişdir. Klaydın həyat hekayəsi – istər alçaqlıqla, istər xainliklə, hətta cinayət törətməklə də yuxarı qalxmaq kimi iyrənc cəhdləri çox maraqlı detektivin, ağıllı “əxlaqi romanın, dərin fəlsəfi tədqiqatın ən yaxşı xüsusiyyətlərini özündə birləşdirir.
Категория: зарубежная классика
ISBN: 9789952365245
Правообладатель: Qanun
Год: 2022
Легальная стоимость: 281.67 руб.
Ограничение по возрасту: 16+
Комментарии ():