Müharibədən sonrakı dövr alman ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Ziqfrid Lents (1926) yalnız dünya şöhrətli “Alman dili dərsi, “Diyarşünaslıq muzeyi və s. romanların müəllifi deyil, həm də “kiçik janrın böyük ustası kimi tanınır. Tədqiqatçılardan birinin “Yolu tez qət etməyi xoşlayan sprinter adlandırdığı Lents öz hekayələrində müasir insanı düşündürən problemlərə toxunur, onların ictimai-siyasi, mənəvi-psixoloji problemlərinin köklərini araşdırır. Yazıçının qəhrəmanları əsasən “kiçik adamlardır, ancaq onlarla yaşadıqları cəmiyyət, bu cəmiyyətdəki həyat tərzi, əxlaq normaları, sosial mühit arasında həmişə böyük təzadlar olur və Lentsin əksər hallarda istehza, bəzən də kövrək duyğularla qələmə aldığı hekayələrin süjetləri də məhz bu cür təzadlar üzərində qurulub
Категория: современная зарубежная литература
ISBN: 9789952266184
Правообладатель: Qanun
Год: 2022
Легальная стоимость: 71.44 руб.
Ограничение по возрасту: 0+
Комментарии ():