Yalnızıq

3.5 из 5, отдано 21 голосов

Türk yazıçısı Peyami Safanın “Yalnızıq romanı ideal cəmiyyət axtarışı ilə yaşayan Səmim adlı bir qəhrəmanın sevgi hekayətindən bəhs edir. Həyatda hər həqiqətin gözünün içinə dik baxan, gözəl analitik təhlil qabiliyyəti olan bu adamın sevgisinin fərqliliyi ondadır ki, bir zamanlar özündən yaşca böyük olan Nəciləyə aşiq olaraq onda tapa bilmədiyi xüsusiyyətləri sonralar onun qızı Meralın məhəbbətində axtarır. Meralın isə duyğuları və düşüncələri o qədər qarışıq, özü üçün o qədər anlaşılmazdır ki, Parisə qaçmaq arzusu reallaşmayanda son çıxış yolunu intiharda tapır. Yazıçı intihar fikri ilə onu reallaşdırmaq arasında böyük fərq olduğunu çox dəqiq bir şəkildə təsvir edir.

Категория: современная зарубежная литература

Правообладатель: Hədəf nəşrləri

Год: 2022

Легальная стоимость: 115.83 руб.

Ограничение по возрасту: 0+

Читать книгу «Yalnızıq» онлайн:

Комментарии ():