QAR

4.95 из 5, отдано 20 голосов

Orxan Pamuk «Qar» romanında Türkiyənin şərqində islam təməlçiliyi və qərbləşmə cərəyanlarının necə üz-üzə gəldiyini, insan talelərində necə ağır yaralar açdığını yüksək sənətkarlıq və inandırıcılıqla göstərə bilmişdir. 2005-cü ildə ingilis dilinə çevrilən bu əsər ABŞ-da ilin on ən mühüm bədii nailiyyətləri sırasında özünə yer almışdı. On iki ildir Almaniyada sürgün həyatı yaşayan şair Ka Türkiyəyə qayıdandan dörd gün sonra bir reportaj üçün Qars şəhərinə gedər. Ağır-ağır, həzin-həzin yağan qarın altında bu şəhəri qarış-qarış gəzərək Qars sakinləriylə yaxından tanış olur. Qarsda ağzına qədər işsizlərlə dolu çayxanalar, qastrola gələn səyyah teatr qrupu, intihar edən, hicab müqaviməti göstərən qızlar, müxtəlif siyasi qruplar, şayiələr, “Qarpalas otelinin sahibkarı Turqut bəylə qızları İpəklə Qədifə və eyni zamanda Ka üçün bir sevgi, xoşbəxtlik ümidi var.

Категория: современная зарубежная литература

ISBN: 9789952269260

Правообладатель: Qanun

Год: 2022

Легальная стоимость: 140.62 руб.

Ограничение по возрасту: 0+

Читать книгу «QAR» онлайн:

Комментарии ():