CƏMİLƏ

3.9 из 5, отдано 18 голосов

Türk ədəbiyyatının ünlü isimlərindən olan Orxan Kamalın “Cəmilə romanındakı hadisələr 1934-cü il Adanasında yoxsul bir işçi məhəlləsində baş verir. Bu insanlar acından ölməmək üçün toxuculuq fabrikində ağır şərtlər altında işləmək zorundadırlar. Cəmilə ağıllı, çalışqan, gözəlliyi ilə hamını heyran qoyan bir qızdı, o da qardaşıyla birlikdə bu fabrikdə çalışır. Cəmiləgilin yoxsul məhəlləsində qadınlar da kişilərlə birlikdə sübh tezdən yuxudan oyanıb fabrikə yollanır, axşam qaranlığında evlərinə dönürlər. Ağır əmək bu insanların həyat eşqini zərrəcə azaltmır, onlar sevinclərini də, kədərlərini də birlikdə bölüşürlər. Fabrik sahibi və onun adamları işçilərin narazılığını italyan mühəndisin bacarıqsızlığı ilə əlaqələndirir, onları öz məqsədlərinə alət etmək istəyirlər, bu hiyləyə aldanan işçilər üsyana qalxırlar və nəticədə bu üsyanın bədəlini yenə onlar ödəməli olur. Bir-birindən maraqlı hadisələr fonunda yazıçı Cəmilə ilə Katib Necatinin eşq hekayəsini şirin bir dillə təsvir edir.

Категория: современная зарубежная литература

ISBN: 9789952269413

Правообладатель: Qanun

Год: 2022

Легальная стоимость: 84.63 руб.

Ограничение по возрасту: 0+

Читать книгу «CƏMİLƏ» онлайн:

Комментарии ():