Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami əsəri 1941-ci ildə yazılsa da, nəşri gecikərək 1951-ci ildə Türkiyənin paytaxtı Ankarada yerləşən Milli Təhsil Nəşriyyatında gerçəkləşib. “Azərbaycan şairi Nizami əsərini Azərbaycanda ilk dəfə pr.dr. Rüstəm Əliyev ixtisarla kiril qrafikalı əlifba ilə 1991-ci ildə Azərnəşrdə çap etdirib. Bu versiya isə orijinalı ilə tutuşdurularaq Əvəz Qurbanlının redaktəsində nəşrə hazırlanıb. “Azərbaycan şairi Nizami əsəri mühacirət ədəbi fikrinin, xüsusilə nizamişünaslığın ən dəyərli uğurlarından biri hesab edilir. Bu monoqrafiya başlanğıc, dörd fəsil, son söz və əlavələrdən ibarətdir. Əsərin birinci fəsli “Nizami kimdir sualına verilən cavaba, ikinci fəsli “Xəmsənin tədqiqinə, üçüncü fəsli Nizaminin mövzularına, dördüncü fəsli isə bu böyük şairin irsində sənət və ideologiya məsələsinin araşdırılmasına həsr olunub. Rəsulzadə kitabın sonuna Nizaminin əsərlərində işlədilmiş türk sözlərinin lüğətini də əlavə edib. Bu kitab Nizami Gəncəvinin 880 illiyinə həsr olunur və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Категория: современная зарубежная литература
Правообладатель: Hədəf nəşrləri
Год: 2022
Легальная стоимость: 174.82 руб.
Ограничение по возрасту: 0+
Комментарии ():