Bir çox nüfuzlu mükafatların – ABŞ Milli Ədəbiyyat Mükafatı (1986), “Faulkner Mükafatı (1989), “William Dean Howells Medalı (1990) sahibi amerikalı yazıçısı Edqar Lorens Doktorou 1931-ci ildə Bronksda (Nyu-York) yəhudi immiqrant ailəsində doğulub. Dünya şöhrətli yazıçının “Caz dönəmi (“Ragtime), “Danielin kitabı (“The book of Daniel), “Ümumdünya sərgisi (“World’s Fair), “Şairlərin həyatı (“Lives of the Poets) və başqa əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib. Ayrı-ayrı zamanlarda Amerika kino və televiziya kompaniyası olan “Columbia Picturesdə ssenari şöbəsində, “Yeni Amerika Kitabxanasında və “Dial Press nəşriyyatında baş redaktor vəzifələrində işləyib. 1969-cu ildən sonra isə özünü bütövlüklə yaradıcılığa həsr edən Doktorou ara-sıra bəzi ali məktəblərdə mühazirələr oxumaqdan da vaz keçməyib. Doktorounun romanlarından üçü ekranlaşdırılıb (o cümlədən “Danielin kitabı). Ən məşhur romanı isə “Caz dönəmidir. Yazıçı 2015-ci ildə 84 yaşında ağciyər xərçəngindən dünyasını dəyişib.
Категория: современная зарубежная литература
Правообладатель: Hədəf nəşrləri
Год: 2022
Легальная стоимость: 69.67 руб.
Ограничение по возрасту: 0+
Комментарии ():