Onlar rəhmətə gedənin ayaqyalın necə gedəcəyini anlamır və üzülür: ayaqlarını daş əzəcək, tikan batacaq deyə; onların atası aliment olur; onlar ağcaqanadın ölməməsi üçün yol arayır; onlar kağız təyyarə ilə uçub gedir; onları əti-qanı olanlar öldürür, bir şeir dirildə bilir; 1 sentyabr onların atalarının “Bilik günü olur; onların anasından qalan tale cehizi ələmdi; onların qollarında siqaret söndürürlər; onların əvəzinə ağaclar qisas alır, divan qurur; onlar ölsə də, danışır, bətnində uşaq gəzdirir... Onlar bu gündən Azərbaycan ədəbiyyatında doğulurlar. Bu kitab onların dünyaya gəlməsi haqqındadır. Və onların Yaradanı bu kitabın müəllifi Çinarə Ömraydı. Buyurun, tanış olun...
Категория: современная зарубежная литература
ISBN: 9789952362695
Правообладатель: Qanun
Год: 2022
Легальная стоимость: 100.01 руб.
Ограничение по возрасту: 0+
Комментарии ():