“...Atam məni ucuz romanlardakı kimi Murada “sat- maq istəyirdi. Roman bu cümlə ilə başlayır. Elə bu cümlə ilə də Namini tamamilə fərqli bir həyatın içinə atırlar. O, Parisdən Bakıya köçür. Muradla ailə qurur. Üç uşaq anası olur. Roman həm də avtobioqrafikdir: neft milyonçuları ilə qohumluq, məcburi evlilik, inqilab, qürbət, tənhalıq... Və XX əsrin əvvəllərinin Bakısı... Minarələr – müasir bina- lar, yastı daxmalar – neftxudaların cah-calallı sarayları, ba- halı maşınlar – dəvə karvanları, çadraya bürünənlər – Paris paltarları geyinənlər... Bütün bu əksliklərin vəhdəti bir şə- hər... Bütün zahiri ziddiyyətlər insanların daxili aləmində də vardır. Hətta ağını çıxaracaq həddə şişirdilmiş formada...
Категория: современная зарубежная литература
ISBN: 9789952382495
Правообладатель: Qanun
Год: 2023
Легальная стоимость: 234.66 руб.
Ограничение по возрасту: 16+
Комментарии ():