Əhməd Həmdi Tanpınarın hekayələri “Abdullah əfəndinin yuxuları və “Yay yağışı adı altında iki kitabda toplamış, bir neçə hekayəsini isə ümumiyyətlə kitablarına daxil etməmişdir. Bunlardan biri “Fal, digəri isə “Emirqanda axşam saatıdır. Əslində “Emirqanda axşam saatı “Yay yağışının layihə məşqidir. “Son məclis adlı əsər “Varlıq dərgisində “hekayə kimi nəşr olunsa da, yazıçı onu bir dram əsərinin tərkib hissəsi kimi qələmə alıb. “Birinci ikramiyə ömür boyu kasıblıq, pulsuzluq üzündən əziyyət çəkən, xəyallarında onu borclarından xilas edəcək bir lotereya uduşunu arzulayan qəhrəman – Tanpınarın həyatı nöqteyi-nəzərindən də iztirablı bir məna daşımaqdadır.
Категория: современная зарубежная литература
ISBN: 9789952361353
Правообладатель: Qanun
Год: 2022
Легальная стоимость: 100.89 руб.
Ограничение по возрасту: 0+
Комментарии ():