Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovun “İslam İbrahimov – Həyat və sənət həqiqətləri kitabı zamanının tanınmış söz adamının 100 illiyinə ithaf olunub. Kitabda XX əsrin 50-60-cı illərində Azərbaycan ədəbi-tənqidi prosesinin inkişafında xüsusi rol oynamış, sənətşünas, ədəbiyyatşünas, estetik, tənqidçi, yazıçı, dramaturq, tərcüməçi, pedaqoq kimi çoxşaxəli fəaliyyət göstərmiş İslam İbrahimovun (25.12.1922-29.07.1985) həyat və yaradıcılığı yaşadığı dövrün tarixi-ictimai, siyasi-ideoloji müstəvisində araşdırılır. Kitabdan 1950-60-cı illər Azərbaycan ədəbiyyatı və incəsənətində baş verən prosesləri tədqiq edən mütəxəssislər, müvafiq ixtisaslarda təhsil alan doktorant, magistr və tələbələr faydalana bilər.
Категория: биографии и мемуары
ISBN: 9789952384499
Правообладатель: Qanun
Год: 2022
Легальная стоимость: 140.62 руб.
Ограничение по возрасту: 16+
Комментарии ():