“Realist olun – mümkün olmayanı arzulayın! (Ernesto Gevara) Jan-Pol Sartr onu “XX əsrin ən mükəmməl insanı adlandırıb. “Çe təxəllüslü Ernesto Gevara 1928-ci ildə Argentinada dünyaya gəlib. 1956-cı ildə o, Fidel Kastro və daha 80 inqilabçı ilə birlikdə Meksikadan Kubaya – diktator Batistanı devirmək üçün yollanıb. Onun ruhu Maestra dağlarında dolaşır: həkim, inqilabçı, alim, şair... “Bu insanı Tanrı yollayıb, – onun yanına müalicə üçün xəstə övladlarını gətirən kəndlilər deyirdilər. Əzilən insanlara yardım etmək arzusu onu Konqoya və Boliviyaya aparıb çıxarır. 1967-ci ilin 9 oktyabrında Boliviyada qətlə yetirilir. Çenin obrazı ədiblər üçün cəlbedicidir. Onun şəxsiyyəti haqda cəsarətlə söyləmək olar: Çe bütün dövrlərin və bütün xalqların tarixinə adını həkk edib. Təqdim olunan kitabı yazıçı və “Parizyen qəzetinin əməkdaşı olan jurnalist Jan Kormye 8 il ərzində (1987–1995-ci illər) qələmə alıb. Onun yazılmasında Ernesto Gevaranın qızı İldita və uşaqlıq dostu Alberto Qranado da iştirak edib.
Категория: биографии и мемуары
ISBN: 9789952360219
Правообладатель: Qanun
Год: 2022
Легальная стоимость: 140.62 руб.
Ограничение по возрасту: 0+
Комментарии ():