Azərbaycan dastanları – 4

3.05 из 5, отдано 17 голосов

“Azərbaycan dastanlarının bu cildinə müasir dastanlardan şair Nəbi Kəlbəcərlinin “Dilsuz və Xəzangülü, Aşıq Əli Köçəsgərlinin “Şahzadə Bəhrəmi ilə “Fərhad və Şirini, şair Novruzun “Sam şahzadəsi, Aşıq Şəmşirin “Şəmşir və Sənubəri ilə yanaşı, kökünü əsasən xalq dastanlarından alan, folklora xas qədim ənənəni – şifahi yolla yaranma, təkmilləşmə xüsusiyyətlərini yaşadıb-qoruyan “Şahzadə Seyfəlmülük və Bədiəlcamal, “Mahmudla Nigar, “Arzı - Qənbər, “Aşıq Alı kimi dastan nümunələri daxil edilmişdir. Mövzusu əsasən qəhrəmanlıq, sevgi, vətənpərvərlik olan həmin dastanlar el şairləri və telli saz ustadları tərəfindən yaradılmış olub məclislərdə özünə geniş yer tapmış, sazın, sözün müşayiəti ilə ifa olunaraq maraqla dinlənilmişdir. Bəlli bir qismi fərdi yaradıcılıq məhsulu olaraq meydana çıxan XX əsrin yadigarı bu dastanlar öz səviyyəsi, epizodlarının zənginliyi, süjet xətlərinin rəngarəngliyi, macəralarının maraqlı olması ilə klassik dastanlara nisbətən zəif təsir bağışlasa da, məzmunlarının dolğunluğu baxımından onlardan aşağıda dayansa da, klassik dastan irsinin davamı kimi diqqəti cəlb etməkdədir.

Категория: детская проза

Правообладатель: Hədəf nəşrləri

Год: 2022

Легальная стоимость: 103.01 руб.

Ограничение по возрасту: 12+

Читать книгу «Azərbaycan dastanları – 4» онлайн:

Комментарии ():